Əməliyyat haqqında

Portmanatdan Yaz kampaniyası

“Mobile Payment Systems” MMC müştəriləri üçün “Portmanatdan Yaz kampaniyası adlı stimullaşdırıcı tirajlı lotoreyaya start verir.

 

Belə ki, 01 may – 31 may tarixlərində  “Mobile Payment Systems” MMC məxsus olan “Portmanat” elektron pulqabından nağdsız ödəniş - tranzaksiya (kommunal xidmətlər, telefon balansının artırılması, internet, kabel , TV ödənişləri  və digər əməliyyatları) həyata keçirən istifadəçilərin 3 naminasiya üzrə pul mükafatı qazanmaq imkanı olacaq.

 

Lotoreya şərtlərinə əsasən, ödəniş məbləğindən və tranzaksiyaların sayından asılı olaraq hər bir istifadəçinin qalib olmaq üçün bir neçə fürsəti olacaq və sonda qaliblər lototron vasitəsi ilə seçiləcəkdir.

 

Lotoreya tirajının uduş fondu Təşkilatçının baş ofisində - Azərbaycan Respublikası, Bakı şəhəri, Qurban Xəlilov küçəsi.3 ünvanında 05 iyun 2017-ci il tarixində oynanılacaq.