Yardım

QEYDİYYAT

Portmanat hesabı necə açılır?

Portmanat.az saytına daxil olunur, Qeydiyyat düyməsinə vurulur, açılan qeydiyyat ərizə formasında Ad, Soyad və hazırda işlək vəziyyətdə olan istənilən mobil operatora məxsus mobil nömrə qeyd olunur və aşağıda Qeydiyyatdan keç düyməsinə vurulur. Bu zaman qeydiyyatdan keçdiyiniz mobil nömrənizə SMS ilə dörd simvoldan ibarət aktivasiya kodu gəlir. Sonra Portmanat.az saytında Mobil nömrə xanasına qeydiyyatdan keçdiyiniz mobil nömrənizi, Parol xanasına isə mobil nömrənizə gələn aktivasiya kodunu yazıb Daxil ol düyməsini vurduqdan sonra hesabınıza daxil olaraq hesabınızı aktivləşdirmiş olursunuz.

Parolu necə dəyişmək olar?

Portmanat saytında Portmanatım düyməsinə vurulur, açılan səhifədə Şəxsi Məlumatlar bölməsinə daxil olunur, pəncərənin yuxarı hissəsində Parolu dəyiş düyməsinə vurulur. Bu zaman açılan Parol Dəyişmə ərizə formasında Köhnə parol xanasına hal-hazırda işlətdiyiniz parol, Yeni parol xanasında yeni işlədəcəyiniz parol, Yeni parolun təkrarı xanasında yeni işlədəcəyəniz parol təkrar qeyd edilir və aşağıdakı Yadda saxla düyməsinə vurulur.

 

BALANS ƏMƏLİYYATLARI

Portmanat balansımı hansı üsullarla artıra bilərəm?

1.   Portmanat Kod

Portmanat saytında Balans artır düyməsinə vurulur, açılan səhifədə göstərilən variantlar arasından Portmanat Kod seçilib vurulur. Açılan səhifədə Kodu daxil edin xanasına on üç rəqəmdən ibarət Portmanat Kod şifrəsi daxil edilib, Balans artır düyməsinə vurulur.

2.   Plastik Kart

Portmanat saytında Balans artır düyməsinə vurulur, açılan səhifədə göstərilən variantlar arasından Plastik kart seçilib vurulur. Açılan səhifədə Məbləği daxil edin xanasına istənilən məbləğ daxil edilib, Balans artır düyməsinə vurulur. Bu zaman Portmanat hesabınıza bağlı olan mobil nömrənizə SMS vasitəsilə dörd simvoldan ibarət kod göndərilir, sonra mobil nömrəyə gələn kod Şifrə xanasına daxil edilib, Təsdiq edin düyməsi vurulur. Açılan səhifədə Ödəniş səhifəsinə keçin düyməsini vurmaqla plastik kart rekivizitlərini doldurma ərizəsinə keçilir. Burada Kart nömrəsi xanasına on altı rəqəmdən ibarət plastik kartın nömrəsi, İstifadə müddəti xanasına kartın istifadə müddətinin son tarixi, CVV2/CVC2 xanasına kartın arxa üzündə əks olunmuş üç rəqəmdən ibarət olan kod daxil edilir və Təsdiq edin düyməsi vurulur.

3.   MilliÖN - eManat - Easypay

MilliÖN aparatları vasitəsilə Portmanat balansını artırmaq üçün cihazın ekranında Elektron pul kisəsi seçilir, açılan menyuda Portmanat düyməsi tapılıb vurulur. Bu zaman ödəniş menyusunda Portmanat hesabının qeydiyyatdan keçmiş nömrəsi lazımi xanada qeyd olunur, 1 AZN-dən kiçik olmayan istənilən məbləğ aparata daxil edilir və  təsdiqləmə düyməsinə vurulur.

eManat aparatları vasitəsilə Portmanat balansını artırmaqdan ötrü cihazın ekranında E-pulqabı  seçilir, açılan menyuda Portmanat düyməsi tapılıb vurulur. Bu zaman ödəniş menyusunda Portmanat hesabının qeydiyyatdan keçmiş nömrəsi lazımı xanada qeyd olunur, 1AZN-dən kiçik olmayan istənilən məbləğ aparata daxil edilir və təsdiqləmə düyməsinə vurulur.

Portmanat Kod-u necə əldə edə bilərəm?

Portmanat Kod həm skreç kart halında, həm də elektron formatda mövcuddur:

1.  Portmanat Kod-u skreç kart halında xüsusi mağazalardan əldə etmək mümkündür. Mağazaların ünvanlarını Satış nəqtələrindən öyrənə bilərsiniz.

2.   MilliÖN, eManat, Easypay

MilliÖN aparatlarından Portmanat Kod almaq üçün Ödəmə kartları menyusuna daxil olunur, Portmanat Code düyməsi tapılıb vurulur, açılan ödəniş menyusunda kartın şifrə və seriya nömrəsinin SMS vasitəsilə mobil telefona göndərilməsindən ötrü mütləq olaraq işlətdiyiniz hər hansı mobil operatora məxsus telefon nomrə lazımi xanaya qeyd olunur, 1 AZN-dən kiçik olmayan istənilən məbləğ aparata daxil edilir və təsdiqləmə düyməsi vurulur.

Əməliyyat başa çatdıqdan sonra ödəniş qəbzini götürməyi unutmayın. Çünki mobil telefonunuza gələn SMS ilə yanaşı, ödəniş qəbzinin də üzərində aldığınız Portmanat Kod və onun seriyası əks olunur. Ən əsası, ödəniş qəbzi sizin ödənişinizin sübutudur.

eManat aparatlarından Portmanat Code şifrəsini almaq üçün Ödəmə kartları menyusuna daxil olunur, Portmanat Code düyməsi tapılıb vurulur, açılan ödəniş menyusunda kartın şifrə və seriya nömrəsinin SMS vasitəsilə mobil telefona göndərilməsindən ötrü mütləq olaraq işlətdiyiniz hər hansı mobil operatora məxsus telefon nömrə lazımi xanaya qeyd olunur, 1 AZN-dən kiçik olmayan istənilən məbləğ aparata daxil edilir və təsdiqləmə düyməsi vurulur.

Əməliyyat başa çatdıqdan sonra ödəniş qəbzini götürməyi unutmayın. Çünki mobil telefonunuza gələn SMS ilə yanaşı, ödəniş qəbzinin də üzərində aldığınız Portmanat Kod və onun seriyası əks olunur. Ən əsası, ödəniş qəbzi sizin ödənişinizin sübutudur.

3.   Plastik kart

Plastik Kart vasitesile kodu qeyd olunan sehifeden elde ede bilersiniz: Portmanat kod al

Mobil telefonla necə balansımı artıra bilərəm?

Mobil telefonla Portmanat qeydiyyatlı nömrənizdən SMS və ya USSD xidmətləri vasitəsi ilə Portmanat Kodla balansınızı artıra bilərsiniz. (tezliklə..)

Portmanat hesabımdan necə pul çıxara bilərəm?

Hal-hazırda Portmanat-ın Bakı şəhəri, Qurban Xəlilov 3 ünvanında 2-ci mərtəbədə yerləşən mərkəzi ofisinə gələrək hesabınızdakı pulu nağdlaşdıra bilərsiniz. Gələcəkdə nağdlaşdırma imkanının artırılması planlaşdırılır.

 

ÖDƏNİŞLƏR

Portmanat vasitəsi ilə hansı ödənişləri etmək mümkündür?

Portmanat vasitəsilə internet provayderlər  (Alfanet, Azeronline, Avirtel, Connect, KATV ADSL), TV  (KATV1 TV, Connect TV), sosial şəbəkələr (Odnoklassniki, Vkontakte), Etopaz, Azərlotereya, TQDK (Tələbə Qəbulu Üzrə Dövlət Komitəsi), alqı-satqı saytlarında xidmət üçün müxtəlif ödənişlər, onlayn oyunlar və digər ödənişləri etmək mümkündür. Yaxın müddətdə Portmanat vasitəsilə mobil operatorlar və kommunal xidmətlərin ödənişi mümkün olacaqdır.

Maksimal ödəniş məbləği nə qədərdir?

Portmanat vasitəsilə gün ərzində maksimal ödəniş 500 AZN-dir.

Mobil telefonla necə ödəniş etmək mümkündür?

Mobil telefonla da Portmanat.az saytına daxil olmaq mümkündür. Bununla yanaşı saytın programını endirərək, daha rahat ödənişlərinizi edə bilərsiniz. (tezliklə..)

 

PUL GÖNDƏRMƏK

Portmanat hesabımdan necə pul göndərə bilərəm?

Portmanat hesab səhifəsinə daxil olunur, Pul göndər düyməsinə vurulur. Pul göndər əməliyyatında Mobil nömrə xanasına pul göndəriləcək şəxsin Portmanat hesabına bağlı telefon nömrəsi, Məbləğ  xanasına isə göndəriləcək məbləğ daxil edilir və aşağıda yerləşən Göndər düyməsinə vurulur.

Qeyd: Portmanat hesabınızdan digər Portmanat istifadəçisinə göndərəcəyiniz məbləğ 1 AZN-dən az ola bilməz.

Mobil telefonla necə pul göndərə bilərəm?

Tezliklə…

Maksimum nə qədər pul göndərə bilərəm?

Gün ərzində Portmanat hesabından digər Portmanat istifadəçisinə göndərə bilinəcək maksimum məbləğ  400 AZN-dir.

Qeyd: Portmanat hesabınızdan digər Portmanat istifadəçisinə göndərəcəyiniz məbləğdən 1% komissiya haqqı tutulur.

 

XİDMƏT HAQQI

Müştəri ödənişlərindən komissiya tutulurmu?

Etopaz və oyun ödənişlərindən savayı, digər ödənişlərə heç bir komissiya haqqı tutulmur.

 

PARTNYOR OLMAQ

Portmanat ödəmə xidmətini necə qoşa bilərəm?

İlk olaraq  www.portmanat.az/partners  səhifəsinə daxil olub qeydiyyatdan keçə bilərsiniz.

Partnyor panele daxil olduqdan sonra:

            Xidmətlər – Əlavə edilən xidmətlərin siyahısı;

            Xidmət əlavə et – Yeni xidmətin əlavə edilməsi;

            Statistika – Ödənişlərin tarix üzrə sıralanması;

            API – Ödəniş formasının qurulma qaydaları və nümunələr.

Texniki kömək üçün haraya müraciət etməliyəm?

Skriptin qurulmasında və ya digər texniki kömək almaq üçün bizə email yaza bilərsiniz: support@mps.az

Ödəniş statistikasını necə görə bilərəm?

Partnyor paneldə sol sütunda Statistika bölməsinə daxil olaraq ödənişlərin siyahısını tarix üzrə sıralanmasını görə bilərsiniz.