Əməliyyat haqqında

FAQ

Portmanat kod ilə Portmanat hesabın fərqi nədir?

"Portmanat kod" saytda qeydiyyatdan keçmədən ödəniş etmək üçündür. Portmanat koddan bir dəfə istifadə edilə bilər. Əgər mütamadi olaraq ödənişlər edirsinizsə məsləhət görürük ki, özünüzə Portmanat hesab açasınız. Bunun üçün Portmanat.az saytında qeydiyyatdan keçməlisiniz.

Parolu necə bərpa etmək olar?

Əgər Portmanat parolunuzu unutmusunuzsa, "parolu unutdum" bölməsinə daxil olaraq parolunuzu yeniləyə bilərsiniz. Bu zaman qeydiyyatdan keçdiyiniz nömrənizə SMS ilə 1yeni parol göndəriləcək. Həmin parolu səhifədə tələb olunan xanaya yazıb təsdiqlədikdən sonra parolunuz yenilənəcəkdir. SMS-in gəlməsi ilə bağlı çətinliklə qarşılaşsanız ofis nömrələrimiz ilə əlaqə saxlaya bilərsiniz.

(012) 437 30 73 ,
(070) 236 50 10,
(050) 236 50 10

Ödəmə terminalından Portmanata ödəniş etdim SMS gəlmədi, nə edim?

MilliÖN, Emanat, Expresspay, Easypay ödəmə terminallarından Portmanata ödəniş etdikdə terminaldan ödəniş qəbzini mütləq götürün. Ödəmə terminalından Portmanat kod aldıqda həmin kod müştəriyə həm SMS ilə göndərilir, həm də qebzin üzərində çap olunur. SMS gəlmədiyi təqdirdə qəbzin üzərindən kodu götürərək istifadə edə bilərsiniz. Əgər ödəmə terminalı qəbz verməzsə və ya qəbzin üzərində PİN kod çap olunmazsa bu zaman ödəniş etdiyiniz ödəmə terminalı ofisi ilə əlaqə saxlamalısınız.

Ödəniş zamanı əlavə komissiya tutulurmu?

Əgər ödəniş etdiyiniz səhifədə komissiya ilə əlaqədar məlumat yazılmayıbsa heç bir əlavə komissiya tutulmayacaqdır.

Avtomatik ödənişlər nədir?

Avto ödəmə hesabınızdan əvvəlcədən qeyd edilmiş xidmətlərin ödənişini avtomatik olaraq qeyd edilən tarixdə həyata keçirmək üçün nəzərdə tutulan əlavə xidmətdir. Bir dəfə kalendarda ödəniləcək xidməti, məbləği və tarixi verilən formada qeyd etməniz kifayətdir. Göstərilən tarixdə ödəmə avtomatik həyata keçəndən sonra bildiriş SMS vasitəsilə istifadəçiyə göndəriləcəkdir.

Digər elektron pulqabılarına ödəniş etmək mümkündürmü?

Bəli mümkündür. Bunun üçün Ödənişlər bölməsindən "Elektron pulqabı" bölməsinə daxil olun. Mümkün olan ödəniş formaları orada qeyd edilmişdir.

Mobil operator (Azercell, Bakcell, Nar) balansımla Portmanat balansımı artıra bilərəm?

Hal-hazırda mümkün deyil. Gələcəkdə mümkün olarsa bununla bağlı Portmanat istifadəçilərinə məlumat veriləcəkdir.

Partnyor ödənişləri nə zaman edilir?

Partnyor ödənişləri hər ayın 5-10 aralığı edilir. Minimum məbləğ 50AZN olduqda ödənişinizi götürə bilərsiniz.

Günlük ödəniş limiti nə qədərdir?

Portmanat gündəlik mikro ödənişlər üçündür. Maksimum ödəniş məbləği 500 AZN-dir.

Portmanat hesabımdakı məbləği necə nağdlaşdira bilərəm?

Portmanat hesabınızdakı məbləği yalnız plastik kartla nağdlaşdira bilərsiniz. Bunun üçün şəxsi kabinetinizdən "Pul çıxarışı" bölümünə daxil olaraq sizə uyğun bankı seçib tələb olunan xanaları kart məlumatları ilə doldurmalısınız. Çıxarış edildikdən sonra növbəti 3 iş günü ərzində pul kartınıza köçürüləcək. Nəzərinizə çatdıraq ki, bu əməliyyat zamanı 100 azn-dən aşağı məbləğdə olan çıxarışa görə 4% + 1azn, 100 azn və ondan yüksək məbləğdə olan çıxarışa görə isə 5% komisiya haqqı tutulur.